Avstriyalı manyak anasını 24 il qaranlıq otaqda saxlayıb - FOTO

Avstriyalı manyak anasını 24 il qaranlıq otaqda saxlayıb - <font color=red>FOTO</font>
# 30 oktyabr 2008 13:12 (UTC +04:00)
Vyana-APA. Öz qızını 24 il anbarda saxlayan avstriyalı manyak Yozef Fritsl psixoloqla söhbət zamanı anasını uzun illər qaranlıq otağa məhkum etdiyini boynuna alıb. APA-nın məlumatına görə, Fritsl bildirib ki, anasını qaranlıq otaqda saxlamaqla ondan çətinliklərlə dolu uşaqlığının qisasını almaq istəyib: “Mən onu evin yuxarı mərtəbəsindəki otağa salıb, qapını bağlamışdım. Pəncərələri kərpiclə hörmüşdüm ki, içəri günəş işığı düşməsin”. Qaranlıq otaqda 21 il keçirən qadın ömrünü elə orada başa vurub. Manyak söhbət zamanı anasının dövlət məmuru olduğunu və uşaq vaxtı onu tez-tez döydüyünü bildirib: “Döyülən zaman mən alçalmaq və zəiflikdən başqa heç nə hiss etmirdim. Anam məni heç vaxt öpməyib. Anamın mənim üçün etdiyi yeganə şey bazar günləri kilsəyə aparmaq olub”.

Qeyd edək ki, 73 yaşlı manyakın məhkəmə prosesi gələn ilin fevralında başlamalıdır. Avstriya polisi Fritsli aprel ayında həbs edib. Manyakın qızı Elizabet polisə ifadəsində atasının onu 11 il ərzində zorladığını bildirib. 24 il qaranlıq anbarda yaşamağa məhkum olmuş qız yeddi uşaq dünyaya gətirib. Onlardan biri doğuşdan bir qədər sonra ölüb. Psixiatriya ekspertizası manyakın bu əməlləri anlaqlı vəziyyətdə törətdiyinə dair rəy verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR