Ukrayna, Litva və Polşa birgə sülhməramlı kontingent yaradacaqlar

Ukrayna, Litva və Polşa birgə sülhməramlı kontingent yaradacaqlar
# 19 noyabr 2008 09:43 (UTC +04:00)
Kiyev – APA. Ukrayna, Litva və Polşa birgə sülhməramlı kontingent yaratmağa qərar veriblər. APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Ukrayna və Polşa müdafiə nazirlərinin Kiyevdə keçirilən görüşündə bu barədə razılıq əldə edilib. Sülhməramlı briqadanın 2011-ci ilə qədər formalaşdırılması nəzərdə tutulur. Qərargahı Polşanın Lyublin şəhərində yerləşəcək briqadanın ilk komandiri ukraynalı zabit olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR