İsrail ordusunun komandanı Türkiyədən üzrxahlıq edib

İsrail ordusunun komandanı Türkiyədən üzrxahlıq edib
# 20 fevral 2009 10:57 (UTC +04:00)
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlər üçün keçirdiyi ənənəvi həftəlik brifinqdə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general Mətin Gürak deyib. O bildirib ki, israilli general türk ordusu ilə əlaqələrə əhəmiyyət verdiklərini, A. Mizrahinin sözlərinin onun şəxsi fikirləri olduğunu və İsrail ordusunun mövqeyini əks etmədiyini, bu sözlərdən məyusluq və üzüntü duyduğunu, bununla bağlı lazımi addımların atılacağını bəyan edib. Q. Aşkenazi daha sonra İ. Başbuğa rəsmi məktub da göndərərək telefonda dediklərini yazılı şəkildə təsdiqləyib və lazımi addımın atıldığını vurğulayıb.

Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Davosda İsrailin ünvanına səsləndirdiyi sərt bəyanata münasibət bildirən İsrail Quru Qüvvələrinin komandanı Avi Mizrahi ona güzgüyə baxmağı məsləhət görmüş, Türkiyənin erməniləri və kürdləri soyqırıma məruz qoyduğunu iddia etmişdi. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı buna kəskin etirazını bildirərək İsrail ordusunun komandanlığından izahat istəmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR