Türkiyə baş nazirinin vertolyotu əlverişsiz hava şəraiti ucbatından yerə enə bilməyib

Türkiyə baş nazirinin vertolyotu əlverişsiz hava şəraiti ucbatından yerə enə bilməyib
# 24 fevral 2009 12:04 (UTC +04:00)
Ankara – APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın vertolyotu əlverişsiz hava şəraiti ucbatından Yozqat şəhərinə enə bilməyib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Ədalət və İnkişaf Partiyasının (AKP) növbəti seçki mitinqinə qatılmaq üçün bu gün Ankaradan Yozqata yola düşən R. T. Ərdoğanın vertolyotu güclü qar yağması və görüntü səviyyəsinin azalması ilə bağlı qonşu Çorum şəhərində jandarmaya məxsus vertolyot meydançasına enməyə məcbur olub. Baş nazir buradan avtomobillə Yozqata gedib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR