AB diplomatiyasının rəhbəri: "Əfqanıstanda baş verənlər Qərbin açıq-aşkar məğlubiyyətidir"

Jozep Borrell

© APA | Jozep Borrell

# 01 sentyabr 2021 03:59 (UTC +04:00)

Avropa Birliyinin (AB) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell “Taliban” hərəkatının Əfqanıstanda hakimiyyəti ələ keçirməsi ilə bağlı yaranmış böhranı “Qərbin açıq-aşkar məğlubiyyəti” kimi xarakterizə edib.

APA xəbər verir ki, bu barədə o, İspaniyanın “Onda Cero” radiostansiyasına müsahibəsində bildirib.

“Əfqanıstanda baş verənlər dəqiq olaraq Qərbin qələbəsi deyil, bu, Qərb üçün açıq-aşkar bir məğlubiyyətdir”, - Borrell belə deyib və lavə edib ki, bu ölkədəki böhran “beynəlxalq münasibətlərdə əhəmiyyətli dəyişikliklərə” səbəb olacaq. O, həmçinin Əfqanıstanda baş verənlərin əfqan xalqı üçün “faciə və fəlakət” olduğunu da qeyd edib.

Borrellin fikrincə, Avropa “baş verənlərdən bir çox məqamlarda dərslər almalıdır”, xüsusən də “ABŞ da daxil olmaqla, müttəfiqlərlə” və “dəyərlərimizin (Avropa dəyərlərinin – Red.) qəbul edilmədiyi planetin o biri tərəfi ilə” münasibətləri hansı şəkildə qurmağı anlamalıdır. AB diplomatiyasının rəhbəri “Taliban” haqqında danışarkən onun “institusional tanınması” ehtimalını istisna edib, eyni zamanda bildirib ki, Avropa Birliyi siyasi bir qurum kimi üçüncü ölkələri tanımaq səlahiyyətinə malik deyil və belə qərarları üzv dövlətlər müstəqil şəkildə qəbul edirlər.

Qeyd edək ki, bundan əvvəl J.Borrell Əfqanıstanda humanitar və miqrasiya böhranlarının qarşısını almaq üçün AB-nin “Taliban”ın timsalında yeni hakimiyyətlə dialoqa başlamalı olduğunu bildirmişdi. Bununla yanaşı, o, əlavə etmişdi ki, söhbət radikalların hakimiyyətinin tanınmasından deyil, məhz dialoqdan gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR