ABŞ prezidenti ölkəsinin Paris İqlim sazişindən çıxmasına görə üzr istəyib

ABŞ prezidenti ölkəsinin Paris İqlim sazişindən çıxmasına görə üzr istəyib
# 02 noyabr 2021 01:46 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden sələfi Donald Trampın ölkəni Paris İqlim sazişindən çıxardığı üçün üzr istəyib.

APA-nın xəbərinə görə Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim sammitində (COP26) dövlət başçısı ABŞ-ın vaxtilə Paris İqlim sazişindən çıxmasına görə təəssüf hissi keçirdiyini vurğulayıb.

“Hesab edirəm ki, mən üzr istəməli deyiləm. Bununla belə, mən ABŞ-ın Paris İqlim sazişindən çıxmasına görə üzr istəyirəm. Bu addım bizi geri saldı” deyə Bayden qeyd edib.

Bayden həmçinin iqlim dəyişikliyi ilə mübarizənin dünya iqtisadiyyatı üçün əlverişli imkanlar yaratdığını bildirib. O, sözdən işə keçməyin vaxtı gəldiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR