Almaniyada partlayış nəticəsində 2 nəfər ölüb, 31 nəfər yaralanıb

Almaniyada partlayış nəticəsində 2 nəfər ölüb, 31 nəfər yaralanıb
# 28 iyul 2021 02:12 (UTC +04:00)

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Leverkuzen şəhərində baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb, 31 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Suddeutsche Zeitung” nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə şəhərin mərkəzində məişət tullantıların yığıldığı “Chempark” sənaye zonasındakı kimya zavodunda baş verib.

Yerli vaxtla saat 09:40-da qeydə alınan partlayış nəticəsində 4 nəfərin itkin düşdüyü bildirilir.

Partlayışdan sonra yaranan yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR