Almaniyada sənaye parkında güclü partlayış olub

Almaniyada partlayş olub

© APA | Almaniyada partlayş olub

# 27 iyul 2021 14:37 (UTC +04:00)

Almaniyanın qərbində Leverkusen şəhərində sənaye parkında güclü partlayış olub.

APA-nın DW-yə istinadən verdiyi xəbərə görə, ərazinin yaxınlığındakı yollar bağlanıb, polis vətəndaşlara xəbərdarlıq edib.

Partlayış nəticəsində beş işçinin itkin düşdüyü, ikisinin ağır yaralandığı və bir neçə nəfərin də yaralandığı bildirilir.

Polis partlayış nəticəsində əraziyə nə dərəcədə zərər dəydiyinin hələ məlum olmadığını, araşdırmaların getdiyini bildirib.

Almaniyanın mülki müdafiə agentliyi və polis vətəndaşlara xəbərdarlıq edərək bildirib ki, zəhərli qazların yayılması təhlükəsi ilə əlaqədar evlərinin qapı və pəncərlərini bağlasınlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR