Aralıq dənizində batmaq üzrə olan qayıqdan 400-dən çox adam xilas edilib

Aralıq dənizində batmaq üzrə olan qayıqdan 400-dən çox adam xilas edilib
# 02 avqust 2021 08:47 (UTC +04:00)

Bazar günü gecə saatlarında Aralıq dənizində batmaq üzrə olan qayıqdan təxminən 400 nəfər xilas edilib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransanın “SOS Mediterranee” qeyri-hökumət təşkilatı məlumat yayıb.

“Gecə boyu səhərə qədər “Sea-Watch International” və “RESQSHIP” (qeyri-hökumət təşkilatları – Red.) ilə birlikdə batmağa başlayan taxta qayıqdan təxminən 400 nəfərin xilas edilməsi üçün vacib əməliyyat həyata keçirdik”, - deyə təşkilatın “Twitter” səhifəsində qeyd olunub.

Təşkilatların gəmiləri tərəfindən 449 nəfər xilas edilib, onlara hazırda yardım göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR