Bayden Putinə günəş eynəyi, Putin isə ona "xoxloma" hədiyyə edib

Bayden Putinə günəş eynəyi, Putin isə ona "xoxloma" hədiyyə edib

© APA | Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden

# 16 iyun 2021 22:13 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə xrustal bizon heykəlciyi və günəş eynəyi hədiyyə edib.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə "CNN" öz mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin bildiriyinə görə, Baydenin Putinə hədiyyə etdiyi eynək "Aviator" markası olub, hansı ki, Bayden özu dəfələrlə bu marka eynəkdə görünüb.

Kremlin mətbuat katibi Dmitri Peskov isə Putinin Baydenə "Moskva" yazısı olan "xoxloma" (taxtadan üstündə bəzəklər olan qab-qacaq dəsti) dəsti hədiyyə etdiyini açıqlayıb.

Qeyd edək ki, bu gün Cenevrədə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında 4,5 saat davam edən görüş keçirilib. Görüşün yekunu ilə bağlı liderlər ayrı-ayrılıqda mətbuat konfransı keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR