Britaniyada son sutkada koronavirusdan 9 nəfər ölüb

Britaniyada son sutkada koronavirusdan 9 nəfər ölüb
# 26 may 2021 22:10 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 3180 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 470 297 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 9 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 748 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR