Britaniyanın səhiyyə naziri yaranmış qalmaqaldan sonra istefa verib

Britaniyanın səhiyyə naziri yaranmış qalmaqaldan sonra istefa verib
# 27 iyun 2021 06:36 (UTC +04:00)

Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok ətrafında yaranmış qalmaqaldan sonra istefa qərarını elan edib.

APA TASS-a istinadən xəbər verir ki, “Twvitter” səhifəsində yayımladığı video məlumatda ​​nazir sevgilisi ilə görüşməklə sosial məsafə qaydalarını pozduğuna görə üzr istəyib.

“Səhiyyə və sosial işlər naziri vəzifəsindən istefa ərizəsini təqdim etmək üçün bu gün Baş nazirlə görüşdüm. Bu ölkənin bütün sakinlərinin koronavirus pandemiyasına qarşı mübarizədə və karantin zamanı böyük qurbanlar verdiyini başa düşürəm. Bu qaydaları qoyanlar da onlara riayət etməlidir və buna görə də vəzifədən ayrılmalıyam”, - Henkok belə deyib.

Qeyd edək ki, Britaniyanın “The Sun” qəzeti 41 yaşlı nazirin öz köməkçisi, Oksford Universitetində çoxdan tanıdığı və bir iş adamı ilə evil olan 42 yaşlı Gina Koladancelo ilə qucaqlaşaraq öpüşdüyünü əks etdirən şəkil yayımlayıb. Həmin vaxt ölkədə eyni dam altında yaşamayanların bir-biri ilə məsafə saxlamalı olduğuna dair qərar qüvvədə idi. Bu qayda ölkə sakinləri arasında geniş şəkildə yayılmış “qucaqlaşma qadağası” kimi tanınırdı və qərarın icrasına israr edənlərdən biri də nazir M.Henkok olub. O, qaydalara zidd olaraq öz atasını da qucaqlamayacağını bəyan edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR