Çexiya prezidenti koronavirusa yoluxub

Çexiya prezidenti Miloş Zeman

© APA | Çexiya prezidenti Miloş Zeman

# 26 noyabr 2021 00:04 (UTC +04:00)

Çexiya Prezidenti Miloş Zeman yenidən hərbi xəstəxanaya qayıdıb.

APA-nın xəbərinə görə ötən gün müalicə olunduğu Mərkəzi Hərbi Hospitaldan çıxan dövlət başçısı koronavirusa yoluxduğu üçün yenidən müalicə müəssisəsinə qayıdıb.

Zemanın bütün iş proqramı dayandırılıb. Dövlət başçısı xəstəliyi simptomsuz keçirsə də, həkimlər onun xəstəxana şəraitində müalicəsinə qərar veriblər. O, hospitalda olduğu müddətdə buster doza vaksini qəbul etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR