Dünyada koronavirusdan ölüm sayı 3,5 milyonu ötüb

Dünyada koronavirusdan ölüm sayı 3,5 milyonu ötüb
# 29 may 2021 05:13 (UTC +04:00)

Dünyada son sutka ərzində 545 102 nəfər koronavirusa yoluxub, 12 406 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 168 599 045 yoluxma hadisəsi, 3 507 477 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 38 faizdən çoxu Cənub-Şərqi Asiyanın (208 644) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (205 660) ilə Avropa (70 197) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR