Fransanın ən yaşlı sakini 112 yaşında vəfat edib - FOTO

Jul Teobald

© APA | Jul Teobald

# 06 oktyabr 2021 02:20 (UTC +04:00)

Fransanın ən yaşlı sakini Jul Teobald 112 yaşında dünyasını dəyişib.

APA xəbər verir ki, bu barədə “France-Antilles” portalı məlumat yayıb.

Teobald Martinika departamentinin izibati mərkəzi Fort-de-Frans şəhrində yaşayıb.

2019-cu ildə 111 yaşlı Roje Ovenin ölümündən sonra o, Fransanın ən yaşlı sakini idi.

Qeyd edək ki, Teobald əvvəllər balıqçı olub. Ailə üzvləri onu “Akula” deyə çağırırdı.

Teobaldun rəsmi olaraq 17 aprel 1909-cu ildə anadan olduğu bildirilir. Lakin iki il əvvəl doğulduğu barədə də məlumatlar var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR