Gürcüstanda COVID-19-a yoluxanların sayı 800 mini ötüb

Gürcüstanda COVID-19-a yoluxanların sayı 800 mini ötüb
# 18 noyabr 2021 10:45 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 446 yoluxma halı qeydə alınıb, 77 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 800 293, xəstəlikdən ölənlərin sayı isə 11 289 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 737 316 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR