Gürcüstanda daha 30 nəfər COVID-19-dan ölüb

Gürcüstanda daha 30 nəfər COVID-19-dan ölüb
# 01 oktyabr 2021 10:55 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 751 yoluxma halı qeydə alınıb, 30 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 614 763, xəstəlikdən ölənlərin sayı isə 8 976 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 586 704 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR