Gürcüstanda daha 40 nəfər COVID-19-dan ölüb

Gürcüstanda daha 40 nəfər COVID-19-dan ölüb
# 28 sentyabr 2021 10:42 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 185 yoluxma halı qeydə alınıb, 40 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 609 340, xəstəlikdən ölənlərin sayı isə 8 884 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 580 891 (95%) nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR