Gürcüstanda koronavirusa yoluxanların sayı 340 838 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 340 838 nəfərə çatıb
# 27 may 2021 10:50 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 508 yoluxma halı qeydə alınıb, 17 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 340 838, xəstəlikdən ölənlərin sayı isə 4 699 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 323 409 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR