Gürcüstanda koronavirusa yoluxanların sayı 365 mini keçib

Gürcüstanda koronavirusa yoluxanların sayı 365 mini keçib
# 29 iyun 2021 10:46 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1194 yoluxma halı qeydə alınıb, 22 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 365 068, ölənlərin sayı isə 5 297 nəfərə çatıb. Virusa yoluxanlardan 351 144 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR