Gürcüstanda külli miqdarda saxta aksiz markaları satan Ermənistan vətəndaşı saxlanılıb

Gürcüstanda külli miqdarda saxta aksiz markaları satan Ermənistan vətəndaşı saxlanılıb
# 29 sentyabr 2021 10:01 (UTC +04:00)

Gürcüstanda külli miqdarda saxta aksiz markaları satan Ermənistan vətəndaşı saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.

Bildirilib ki, aparılan istintaq tədbirləri ilə onun Tbilisidə 2700 ABŞ dolları qarşılığında alkoqollu içkilər üçün nəzərdə tutulan 3051 ədəd saxta aksiz markasını satmağa çalışdığı müəyyən edilib.

Saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 4 ildən 6 ilədək həbs cəzasını nəzərdə tutan maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR