Gürcüstanda son sutkada COVID-19-dan 26 nəfər ölüb

Gürcüstanda son sutkada COVID-19-dan 26 nəfər ölüb
# 21 iyul 2021 11:41 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 415 yoluxma halı qeydə alınıb, 26 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 393 360, xəstəlikdən ölənlərin sayı isə 5 618 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 368 073 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR