Gürcüstanda yaşı 18-dən çox olanların buster doza vaksin qəbul etməsinə icazə verilib

Gürcüstanda yaşı 18-dən çox olanların buster doza vaksin qəbul etməsinə icazə verilib
# 09 noyabr 2021 12:37 (UTC +04:00)

Gürcüstanda yaşı 18-dən çox olan şəxslərin yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinin üçüncü dozası qəbul etməsinə icazə verilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib. Onun sözlərinə görə, istənilən vaksinlə peyvəndlənmiş şəxslər “buster” doza qəbul edə bilərlər. Nazir müavini bildirib ki, “Sinopharm” və “Sinovac” vaksinləri ilə tam peyvənd olunan şəxslər üçüncü doza kimi eyni vaksinləri və ya “Pfizer” vaksinini, “Astrazeneca” ilə peyvəndələnlər isə “Pfizer” vaksinini “buster” doza kimi seçə bilərlər. T. Qabunia “Pfizer” vaksini vurulan şəxslərə üçüncü doza kimi eyni vaksini istifadə etmələrini tövsiyə edib.

Qeyd edək ki, Gürcüstanda yalnız yaşı 50-dən çox olan və yüksək risk qrupuna daxil olan şəxslərin “buster” doza qəbul etməsinə icazə verilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR