Hulusi Akar Türkiyə hərbçilərinin Əfqanıstandakı fəaliyyətilə bağlı iclas keçirib

Hulusi Akar

© APA | Hulusi Akar

# 23 avqust 2021 19:26 (UTC +04:00)

Türkiyə hərbi qüvvələrinin Əfqanıstandakı fəaliyyətilə bağlı Türkiyənin müdafiə naziri Hulusi Akarın rəhbərliyilə iclas keçirilib.

APA-nn yerli bürosunun Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbərinə görə, tədbir telekonfrans yolu ilə baş tutub.

Türkiyənin Kabildəki səfiri Cihad Erginay və Əfqanıstan Türk İş Qüvvələri Komandirinin iştirak etdiyi iclasda Həmid Karzai Beynəlxalq Hava Limanındakı fəaliyyətlər və ölkədəki son vəziyyət haqqında danışılıb.

Prosesi yaxından izlədiklərini ifadə edən Hulusi Akar, Əfqanıstan mövzusunda görüləcək işlərlə əlaqədar təlimat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR