İngiltərədə təyyarə qəzaya uğrayıb, ölənlər var

İngiltərədə təyyarə qəzaya uğrayıb, ölənlər var
# 01 iyul 2021 05:48 (UTC +04:00)

İngiltərənin Qərbi Sasseks qraflığında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.

“Təəssüf ki, günorta vaxtı yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki kişi ölüb”, - deyə polisin açıqlamasında qeyd olunur.

Ölənlərin 65 və 58 yaşlarında olduqları bildirilir. Qəzanın səbəbləri barədə hələ məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR