İsveçrədə istirahət mərkəzində kimyəvi maddənin sızmasından 6 nəfər zəhərlənib

İsveçrədə istirahət mərkəzində kimyəvi maddənin sızmasından 6 nəfər zəhərlənib
# 03 avqust 2021 04:14 (UTC +04:00)

İsveçrənin Loykerbad dağlıq kurort zonasının “Alpenterm” istilik mərkəzində kimyəvi maddənin sızması 6 nəfərin zəhərlənməsinə səbəb olub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Zəhərlənən şəxslər Son və Vej şəhərindəki xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və kimyaçı mütəxəssislər hadisə yerinə cəlb edilib. İlkin məlumata görə, hadisə suyun təmizlənməsi və dezinfeksiya edilməsi üçün istifadə olunan “natrium hipoklorit”in aşındırıcı maddəsinin sızması nəticəsində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR