Kiyev Əfqanıstanda Ukrayna təyyarəsinin qaçırılması barədə xəbərləri təkzib edib - YENİLƏNİB

Kiyev Əfqanıstanda Ukrayna təyyarəsinin qaçırılması barədə xəbərləri təkzib edib - YENİLƏNİB
# 24 avqust 2021 13:15 (UTC +04:00)

Əfqanıstanın paytaxtı Kabildə Ukraynaya məxsus təyyarənin naməlum şəxslər tərəfindən qaçırılması barədə xəbərlər həqiqətə uyğun deyil.

APA-nın məlumatına görə, bu açıqlama ilə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenko çıxış edib.

“Kabildə, yaxud hansısa başqa yerdə Ukrayna təyyarəsi ələ qaçırılmayıb. Ukrayna təyyarəsinin ələ keçirilməsi barədə bəzi KİV-in yaydığı xəbərlər əsassızdır”, - deyə O. Nikolenko “RBK-Ukrayna” agentliyinə vəziyyəti şərh edərkən bildirib.

Onun sözlərinə görə, Kiyevin Əfqanıstandan təxliyə üçün cəlb etdiyi bütün təyyarələr geri qayıdıb. İndiyədək üç reyslə 256 nəfər Kabildən təxliyə olunub.

***

10.36

Ötən həftə Əfqanıstanda Ukraynaya məxsus təyyarə qaçırılıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna xarici işlər nazirinin müavini Yevgeniy Yenin İctimai radioya açıqlamasında bildirib.

Onun sözlərinə görə, təyyarə ilə Əfqanıstandan ukraynalıların təxliyəsi planlaşdırılıb, lakin hava gəmisi naməlum şəxslər tərəfindən ələ keçirilərək İrana göndərilib. Təyyarənin içərisində isə ukraynalıların əvəzinə naməlum sərnişinlər olub.

“Bizim təyyarə başqa insanlar tərəfindən ələ keçirilib. Ötən çərşənbə axşamı bizim təyyarəni faktiki olaraq oğurlayıblar. İrana uçan təyyarənin göyərtəsində naməlum sərnişinlər olub”, - deyə nazir müavini vurğulayıb.

Lakin nazir müavini insidentin necə nəticələndiyini açıqlamayıb.

Y. Yenin qeyd edib ki, onların Ukrayna vətəndaşlarının Əfqanıstandan təxliyəsi ilə bağlı növbəti üç cəhdi uğursuz olub, çünki vətəndaşlar aeroportun ərazisinə daxil olmağa müvəffəq olmayıblar.

Bazar ertəsi axşam göyərtəsində 98 sərnişin olan təyyarə Ukraynaya eniş edib. Sərnişinlərin arasında 41 Ukrayna vətəndaşı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR