London hava limanında kütləvi dava zamanı 4 nəfər xəsarət alıb, 17 nəfər saxlanılıb

London hava limanında kütləvi dava zamanı 4 nəfər xəsarət alıb, 17 nəfər saxlanılıb
# 16 may 2021 06:17 (UTC +04:00)

Britaniyanın paytaxtı Londonun “Luton” hava limanında kütləvi dava zamanı 4 nəfər yaralanıb, 17 nəfər saxlanılıb.

APA “Sky News”a istinadən xəbər verir ki, dava hava limanının “Pasport nəzarəti bölməsi”nin yaxınlığında baş verib.

Hadisə ilə bağlı polis 17 nəfəri saxlayıb. Onlardan 5 nəfəri yoxlandıqdan sonra sərbəst buraxılıb. Daha bir nəfər isə girov müqabilində buraxılıb.

Dava zamanı xəsarət alanlardan 3-ü xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR