Makron ABŞ dövlət katibi ilə görüşüb

Entoni Blinken, Emmanuel Makron

© APA | Entoni Blinken, Emmanuel Makron

# 05 oktyabr 2021 16:10 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, görüş E. Blinkenin Parisə səfəri çərçivəsində baş tutub.

Tərəflər arasında görüş 40 dəqiqə davam edib.

Yelisey Sarayından bildirilib ki, ABŞ dövlət katibinin Parisə səfəri tərəflər arasında inamın bərpasına töhfə verəcək.

Qeyd edək ki, bu, AUKUS (ABŞ, Britaniya və Avstraliya) təhlükəsizlik paktına görə Fransa ilə ABŞ arasında yaranan gərginlikdən sonra ilk rəsmi görüşdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR