Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Liviyaya gedib

Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Liviyaya gedib
# 12 iyun 2021 18:27 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Liviyaya gedib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, heyətdə müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Yaşar Güler, Milli Təhlükəsizlik Təşkilatının sədri Hakan Fidan, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun və Türkiyə Prezident Administrasiyasının sözcüsü İbrahim Kalın yer alıb.

Səfər zamanı, iyunun 14-də Belçikanın paytaxtı Brüsseldə keçiriləcək NATO Zirvəsi öncəsi bir günlük səfər zamanı ikitərəfli münasibətlər müzakirə ediləcək və regional mövzularda fikir mübadiləsi aparılacağı bildirilib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək “Liviyaya və Milli Birlik Hökumətinə dəstəyimizi göstərmək üçün güclü bir heyətlə Tripolidəyik” yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR