Polşa Belarusla sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib

Polşa Belarusla sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib
# 08 noyabr 2021 15:05 (UTC +04:00)

Polşa Belarusla sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib.

APA-nın xəbərinə görə, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak “Twitter”də bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdən olan qanunsuz miqrantların Belarusdan Polşaya keçməsinin qarşısını almaq üçün sərhədə 12 mindən çox əsgər yerləşdirib.

Polşa mətbuatı yaranmış vəziyyətlə əlaqədar Baş nazirin müdafiə və daxili işlər nazirləri ilə təcili iclas keçirəcəyini yazıb. Polşa hökuməti Belarusu insident törətmək cəhdində ittiham edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR