Saakaşvili ona qarşı irəli sürülən ittihamlarla razılaşmayaraq aclıq elan edib

Mixeil Saakaşvili

© APA | Mixeil Saakaşvili

# 02 oktyabr 2021 01:14 (UTC +04:00)

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili həbs edildikdən sonra ona qarşı irəli sürülən ittihamlarla razılaşmayaraq aclıq elan edib və özünü siyasi məhbus hesab edir.

APA xəbər verir ki, bu bunu Gürcüstanın Ombudsmanı Nino Lomjaria Saakaşvilini həbsxanada ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında bildirib.

"O, ittihamlarla razılaşmadığı və özünü siyasi məhbus hesab etdiyi üçün aclıq aksiyası keçirir" dedi.

Bu arada ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays Saakaşvilinin həbs edilməsinə münasibət bildirərkən deyib ki, Ağ Ev Gürcüstandakı hadisələri yaxından izləyir: “Biz Gürcüstanın səlahiyyətlilərini cənab Saakaşvilinin Gürcüstan qanunvericiliyi və Gürcüstanın beynəlxalq insan haqları öhdəliklərinə uyğun şəkildə bərabərlik prinsipindən yararlanmasını təmin etməyə çağırırıq”.

Qeyd edək ki, Saakaşvili barədə bankir Sandro Girgvlianinin öldürülməsi və deputat Valeri Gelaşvilinin döyülməsi işi ili bağlı ittihamlar irəli sürülüb. Birinci halda onu 3 il, ikinci halda isə 6 il azadlıqdan məhrumetmə gözləyir. Bundan əlavə, Saakaşvili 7 noyabr 2007-ci il tarixdə müxalifətin mitinqinin dağıdılması, dövlət büdcəsindən vəsaitlərin mənimsənilməsi kimi işlərdə də adı hallandırılır. Hazırda məhkəmə tərəfindən işlər araşdırılır, hələlik heç bir hökm verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR