Sarkozi məhkəmənin hökmünə etirazını bildirib

Sarkozi məhkəmənin hökmünə etirazını bildirib
# 01 oktyabr 2021 07:20 (UTC +04:00)

Fransanın sabiq prezidenti Nikola Sarkozi 2012-ci ildə seçkiqabağı kampaniyasını qanunsuz maliyyələşdirdiyinə görə məhkəmənin onun barəsində verdiyi hökmə etirazını bildirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı şərhini Sarkozi özünün “Facebook” səhifəsində yazıb və qanunun ona və digər müttəhimlərə bərabər tətbiq olunmasını xahiş edib.

“Bununla belə, Konstitusiya Şurasının qərarlarını bilməməyiniz səbəbindən bir daha qanun pozulub. Eyni faktlara görə iki dəfə cəzalandırıla bilməzsiniz. Məhz buna görə apellyasiyaya müraciət etmişəm. Şəxsi işim çərçivəsini aşan bu axtarışda sona qədər gedəcəm, çünki hər kəs bir dəfə də olsa haqsızlıqla üzləşə bilər”, - Sarkozi belə yazıb.

O, həmçinin ittiham olunduğu məqamda “dostluq göstərən” hər kəsə təşəkkürünü çatdırıb.

N.Sarkozinin həyat yoldaşı Karla Bruni “Instagram” səhifəsində onunla birgə şəklini və sabiq prezidentin paylaşımının mətnini yerləşdirib.

Qeyd edək ki, Paris məhkəməsi siyasətçini bir il həbs cəzasına məhkum edib, Sarkozi öz cəzasını evdə elektron nəzarət altında keçirməli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR