Şarl Mişel: “Avropa İttifaqı Ukraynanın ən yaxın dostudur”

Şarl Mişel, Vladimir Zelenski, Ursula von der Leyen

© APA | Şarl Mişel, Vladimir Zelenski, Ursula von der Leyen

# 12 oktyabr 2021 12:11 (UTC +04:00)

“Avropa İttifaqı (Aİ) Ukraynanın ən yaxın dostudur”.

APA-nın xəbərinə görə, bunu Aİ Şurasının Prezidenti Şarl Mişel "Twitter" hesabında bildirib.

Onun sözlərinə görə, bu gün Kiyevdə keçirilən Aİ-Ukrayna Sammiti tərəflər arasında tərəfdaşlığı daha da dərinləşdirəcək.

Ş. Mişel 2017-ci ildən bəri Ukraynadan Aİ-yə 50 milyondan çox vizasız səfərin baş tutduğun qeyd edib: “Bu gün imzalanacaq Ukrayna-Avropa İttifaqı “Ümumi Aviasiya Məkanı Sazişi” ilə ucuz hava yolları şirkətləri üçün bazar açılacaq və nəticədə mübadilə və ziyarətlər üçün daha çox imkanlar yaranacaq”.

Xatırladaq ki, Sammit çərçivəsində Aİ Prezidenti Şarl Mişel, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Kiyevdə səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR