Tailandda Ukrayna səfirinin meyiti tapılıb

Andrey Beşta, Ukraynanın Tailanddakı səfiri

© APA | Andrey Beşta, Ukraynanın Tailanddakı səfiri

# 30 may 2021 18:58 (UTC +04:00)

Ukraynanın Tailanddakı səfiri Andrey Beşta Ko-Lipe adasındakı oteldə vəfat edib.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, səfirin meyitinin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

A. Beştanın meyiti səhər saat 05.30 radələrində otelin nömrəsində aşkarlanıb. Oğlu atasının dünən özünü yaxşı hiss etdiyini, saat 04.30-da zəhərlənmə simptomları ilə oyandığını, daha sonra huşunu itirdiyini bildirib.

Diplomatın meyiti ölümün səbəbinin müəyyənləşdirilməsi üçün Banqkokdakı hospitala göndərilib.

Qeyd edək ki, 45 yaşlı A. Beşta 2015-ci ildə Tailanda səfir təyin edilib. Bundan əvvəl diplomat karyerası ərzində BMT və digər beynəlxalq təşkilatlardakı Ukrayna nümayəndəliklərində, o cümlədən Ukraynanın Tailanddakı səfirliyində məsləhətçi kimi çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR