Türkiyə MN: "Əfqanıstanda Türkiyənin hava limanındakı fəaliyyəti bitdikdən sonra da lazım olan dəstəyi davam edəcək"

Türkiyənin müdafiə naziri Hulusi Akar və ABŞ-ın müdafiə naziri Lloyd Ceyms Ostin

© APA | Türkiyənin müdafiə naziri Hulusi Akar və ABŞ-ın müdafiə naziri Lloyd Ceyms Ostin

# 08 iyul 2021 22:30 (UTC +04:00)

Türkiyənin müdafiə naziri Hulusi Akarla ABŞ-ın müdafiə naziri Lloyd Ceyms Ostin arasında daha bir telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, 20 ildir Əfqanıstanda olan Türkiyə son 6 ildə Həmid Kərzai adına beynəlxalq hava limanının təhlükəsizliyi və mühafizəsində önəmli rol oynayır: "Əfqanıstanın dünyaya yeganə pəncərəsi olan Həmid Karzai adına hava limanı əfqan xalqının təhlükəsizliyi, dinc yaşayışı və rifahı üçün böyük əhəmiyyətə malikdir".

Məlumatda daha sonra qeyd olunub ki, əfqan xalqının təhlükəsizliyi və rifahı üçün Türkiyənin NATO-nun "Qətiyyətli dəstək" missiyası çərçivəsində Həmid Kərzai adına beynəlxalq hava limanındakı fəaliyyəti bitdikdən sonra da hava limanının istifadəsi üçün lazım olan dəstəyi davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR