Türkiyədə 4 bal gücündə zəlzələ olub

Türkiyədə 4 bal gücündə zəlzələ olub
# 16 iyul 2021 13:08 (UTC +04:00)

Türkiyənin Dıyarbəkir bölgəsində 4 bal gücündə zəlzələ baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin episentrinin Diyarbəkirə 60 kilometr məsafədə yerləşən Ergani rayonunda qeydə alındığını açıqlayıb. Zəlzələ yerli vaxtla 11:28-də, yerin 13.8 kilometr dərinliyində baş verib. Təkanlar ətraf rayonlarda da hiss edilib. Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR