Türkiyənin səhiyyə naziri: "Koronavirusa qarşı vaksinasiya yüksək olarsa, təhsil əyani davam edəcək"

Türkiyənin səhiyyə naziri Fahrettin Koca

© APA | Türkiyənin səhiyyə naziri Fahrettin Koca

# 02 sentyabr 2021 22:26 (UTC +04:00)

"Türkiyədə yeni tədris ilini şagirdlərimiz əyani təhsillə başlayacaq".

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca yeni növ koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində yaradılan Elmi Şuranın təhsil naziri və Ali Təhsil Şurasının sədri ilə birlikdə keçirilən iclasından sonrakı açıqlamasında bildirib.

Nazir deyib ki, şagirdlərin əyani təhsildən geri qalmaması üçün ən başlıca məsələ valideynlərin vaksinasiya olunmasıdır: "Türkiyədə koronavirusa aktiv yoluxmanın 81 faizi, xəstəxanada müalicə olunanların 90 faizi, vəfat edənlərin 90 faizi koronavirusa qarşı peyvənd olunmayanlardır".

F.Kocanın sözlərinə görə, məktəblərdə qələbəlik olunmaması üçün Elmi Şuranın bu istiqamətdəki təklifləri Təhsil Nazirliyi və Ali Təhsil Şurası ilə müzakirə edilib, müvafiq tədbirlər görülüb.

Nazir deyib ki, Elmi Şura yeni dövrdə məktəblərin bağlanmasını gündəmə gətirmək istəmir, çünki peyvəndlənmənin yüksək olması məktəblərin bağlanmasına səbəb olmayacaq: "Bu halda təhsil əyani davam edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR