Türkiyənin səhiyyə naziri: “Manavqatda yanğının təsirinə məruz qalan 400 xəstə evə buraxılıb”

Fəxrəddin Qoca

© APA | Fəxrəddin Qoca

# 31 iyul 2021 16:34 (UTC +04:00)

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca yanğının təsirinə məruz qalan 400 nəfərin xəstəxanadan evə buraxıldığını deyib.

APA-nın yerli bürosunun xəbərinə görə, nazir Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində bu barədə bildirib.

Nazir Antalyanın Manavqat rayonunda baş verən yanğınlarda 410 nəfərin xəsarət aldığını, onlardan 400 nəfərinin müalicə edilərək xəstəxanadan evə buraxıldığını, 10 nəfərin isə müalicəsinin davam etdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR