Ukrayna Ali Radasına yeni spiker seçilib

Ruslan Stefançuk

© APA | Ruslan Stefançuk

# 08 oktyabr 2021 13:31 (UTC +04:00)

Ruslan Stefançuk Ukrayna Ali Radasının yeni spikeri seçilib.

APA-nın UNIAN-a istinadən verdiyi xəbərə görə, namizədliyi “Xalqın xidmətçisi” fraksiyası tərəfindən irəli sürülən R. Stefançukun lehinə 261 deputat səs verib.

Qeyd edək ki, R. Stefançuk Ali Radanın spikerinin birinci müavini olub.

Xatırladaq ki, oktyabrın 7-də Ali Rada spiker Dmitri Razumkovu vəzifəsindən azad edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR