Ukraynanın müdafiə naziri: "NATO ölkələri fəal addımlar atmağa hazır olduqları barədə bizi əmin ediblər"

Ukraynanın müdafiə naziri Aleksey Reznikov

© APA | Ukraynanın müdafiə naziri Aleksey Reznikov

# 23 noyabr 2021 13:16 (UTC +04:00)

"Ukraynanın sərhədləri yaxınlığında Rusiyanın hərəkətliliyi ilə əlaqədar NATO ölkələri fəal addımlar atmağa hazır olduqları barədə Ukrayna hökumətini əmin ediblər".

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov "ICTV" telekanalına bildirib.

"Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün qeyd-şərtsiz dəstəklənəcəyinə əmin oldum. Ona da əmin oldum ki, alyans ölkələri ilə Aİ arasında qətiyyətli addımlar atmağa hazır olmaqla bağlı çox ciddi məsləhətləşmələr gedir. Bura həm siyasi və iqtisadi addımlar, həm də Ukraynaya müəyyən yardım daxildir", - deyə ukraynalı nazir bildirib.

Reznikovun sözlərinə görə, o, ABŞ-da səfərdə olarkən ABŞ-ın müdafiə naziri ilə yanaşı, həm də Dövlət Departamentinin nümayəndələri, senatorlar və konqresmenlərlə görüşüb.

"Eyni ifadə hər yerdə eşidilir: Rusiya tərəfindən Ukrayna ərazisinə birbaşa müdaxilə və təcavüz sözün bütün mənalarında onlara baha başa gələcək, biz bununla bağlı çox ciddi xəbərdarlıq edirik", - nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR