WWF: Dünyada hər gün təxminən 7 mlrd. tibbi maska istifadə olunur

WWF: Dünyada hər gün təxminən 7 mlrd. tibbi maska istifadə olunur
# 15 iyun 2021 17:56 (UTC +04:00)

Dünya Vəhşi Təbiət Fondunun (WWF) İtaliya bölməsi 2020-ci ildən bəri yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən planet sakinlərinin hər gün təxminən 7 mlrd. tibbi maskadan istifadə etdiyini iddia edir.

"APA-Economics" xəbər verir ki, bu barədə bölmənin dərc etdiyi hesabatda deyilir.

Sənəd müəlliflərinin fikrincə, təkcə Avropa İttifaqı (Aİ) ölkələrində hər gün insanlar polimer materiallarından hazırlanmış təxminən 2 600 ton birdəfəlik maska atırlar. Maskalarda toplana bilən zərərli kimyəvi maddələr ətraf mühitə böyük ziyan vura bilər.

Mütəxəssislərin fikrincə, insanlar hər il 2 mlrd. tondan çox tullantı istehsal edir və bu rəqəm 2050-ci ilə 70% arta bilər. Plastik kütlə planetin genişmiqyaslı çirklənməsində əhəmiyyətli rol oynayır. Belə ki, 2019-cu ildə dünyada plastik kütlənin istehsal həcmi 368 tondan çox təşkil edib. Plastikin əksər hissəsi nəticədə ətraf mühiti çirkləndirən tullantılara çevrilir. 1995-ci ildən 2018-ci ilədək Dünya okeanında plastik tullantılardan zərər çəkən bioloji növlərin sayı təxminən 5,5 dəfə artıb: 267-dən 1 465-dək. Hesabat müəllifləri pandemiya dövründə qida çatdırılması xidmətlərinə qlobal tələbatın 56% artdığını da qeyd ediblər. Bu da birdəfəlik plastik qablaşdırmadan istifadənin artmasına səbəb olub.

Aİ-də 1 yanvar 2021-ci il tarixindən etibarən hər bir üzv ölkədən 1 kq təkrar emal olunmayan plastik tullantıya görə 0,8 avro məbləğində xüsusi vergi tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR