Yunanıstan Fransadan hərbi gəmilər alacaq

Yunanıstan Baş naziri Kiriakos Mitsotakis, Fransa Prezidenti Emmanuel Makron

© APA | Yunanıstan Baş naziri Kiriakos Mitsotakis, Fransa Prezidenti Emmanuel Makron

# 28 sentyabr 2021 11:55 (UTC +04:00)

Yunanıstan Fransadan hərbi gəmilər alır.

APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, Fransa Prezidenti Emmanuel Makron bu razılaşmanı daha dərin strateji əməkdaşlığın bir hissəsi adlandırıb.

O bildirib ki, Yunanıstan Fransa istehsalı olan 3 “Belh@rra” freqatı (hərbi gəmi) alacaq. Bundan əlavə, yaxın gələcəkdə “Gowind” sinfindən olan 3 korvetin alınması barədə də razılığa gəlinib.

Parisdə səfərdə olan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Fransa Prezidenti ilə görüşündə razılaşmanın detallarını müzakirə edib.

Bildirilib ki, 5 milyard avroluq razılaşma bu gün tamamlanacaq, Yunanıstanın müdafiə və xarici işlər nazirləri qalan detalları müzakirə etmək üçün Parisdə səfərdədir.

Məlumata görə, üç freqat Loryendəki “Naval Group”un gəmiqayırma zavodlarında inşa ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR