Zelenski Türkiyə Prezidenti ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib

Vladimir Zelenski, Rəcəb Tayyib Ərdoğan

© APA | Vladimir Zelenski, Rəcəb Tayyib Ərdoğan

# 22 sentyabr 2021 10:40 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə V. Zelenski özünün "Twitter" hesabında bildirib.

Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutan görüş zamanı tərəflər Ukrayna və Türkiyə arasında əməkdaşlığın bütün sahələrinə dair, o cümlədən azad ticarət zonasından hərbi-texniki əməkdaşlığa qədər müzakirə aparıblar.

“Bizim əlaqələrimiz daha da möhkəmlənir və praktiki layihələrlə dolur”, - deyə Ukrayna dövlət başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR