Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib
# 09 sentyabr 2020 09:00 (UTC +04:00)

Sentyabrın 8-də Amerika fond bazarında Dow Jones indeksi 2,25% – 27,500.89 bəndədək, S&P 500 indeksi 2,78% – 3,331.84 bəndədək, Nasdaq indeksi isə 4,11% – 10,847.69 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında sentyabrın 8-də FTSE 100 indeksi 0,12% – 5,930.30 bəndədək, Fransa CAC-40 indeksi 1,59% – 4,973.52 bəndədək, Almaniya DAX-ı isə 1,01% – 12,968.33 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,08% azalaraq 1 928,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,32% azalaraq 1,1776 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR