Dünya bazarlarında qaz ucuzlaşıb

Dünya bazarlarında qaz ucuzlaşıb
# 06 oktyabr 2021 09:27 (UTC +04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

"APA-Economics"in məlumatına görə, noyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal unit – Britaniya istilik vahidi) üçün 0,57% azalaraq 6,292 ABŞ dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR