Nazir müavini: "İşğal dövründə ermənilərin yaşıllıqlara vurduğu ziyanlarla bağlı monitorinq aparılır"

Nazir müavini: "İşğal dövründə ermənilərin yaşıllıqlara vurduğu ziyanlarla bağlı monitorinq aparılır"
# 28 aprel 2021 19:02 (UTC +04:00)

"İşğal dövründə ermənilər tərəfindən ərazilərdə yaşıllıqlara vurulan ziyanlarla bağlı 4 istiqamət üzrə monitorinq aparılır".

APA-nın Füzuliyə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bu sözləri Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini bildirib ki, beynəlxalq ekspertlərin də bu işlərə cəlb edilməsinə ehtiyac var:

"Dəymiş ziyanın hesablanması işləri həyata keçirilir və nəticədə Ermənistan qarşında təzminat iddialarının qaldırılması üçün aiddiyyəti qurumlara təqdim ediləcək. Ərazilər minalardan təmizləndikdən sonra daha geniş miqyaslı meşə bərpa işləri aparılacaq".

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR