Aİ ölkələrinin Xarici İşlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Aİ ölkələrinin Xarici İşlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
# 12 oktyabr 2020 18:27 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) ölkələrinin Xarici İşlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell mətbuat konfransında bildirib.

O vurğulayıb ki, müzakirələrdə ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın Xarici İşlər naziri mövcud vəziyyəti qiymətləndirib.

“Nazirlər həmçinin vurğuladılar ki, bütün regional aktyorlar silahlı qarşıdurmanın dayanmasına və sülhə töhfə verməlidirlər”, - deyə C. Borrell qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR