Fransalı hüquqşünas: “Bir zamanlar böyük bir şəhər olmuş Ağdamın bu cür dağıdıldığını görmək dəhşətlidir”

#
# 15:31
22 aprel 2021

“Biz bura gəldik və görürük ki, həqiqətən Azərbaycan torpaqlarında nələr baş verib”.

APA-nın məlumatına görə, bunu Ağdamda səfərdə olan fransalı hüquqşünas Yassine Yakouti deyib.  

Yassine Yakouti deyib ki, tarixi abidələrin vandalizmə məruz qaldığını gözləri ilə görüblər: “Yaxşı ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində ona məxsus olan torpaqlarını geri qaytarıb. Biz vəkilik və bizim üçün əsas odur ki, beynəlxalq hüquq həmişə bərqərar olsun”.

O, BMT və ATƏT-in Minsk Qrupunun prosesdə iştirakının vacibliyini diqqətə çatdırıb: “Göstərmək vacibdir ki, bu, çox mürəkkəb məsələdir və iki tərəf arasında həll oluna bilməz. Hər kəsə xatırlatmaq vacibdir ki, sülhə qanuni vasitələrlə nail olunmalıdır.

Bir zamanlar böyük bir şəhərin belə dağıdılmasını görmək dəhşətlidir. Biz çox dağıntılar gördük burada, məsələn, bu məscidin deqredasiyası... Bütün bunlar çox üzücüdür. Bu şəhər heç Dağlıq Qarabağın bir hissəsi olmayıb, lakin Ermənistan qüvvələri tərəfindən ilhaq edilib. Bütün bunlar ağırdır. Bildiyiniz kimi, bu məsələlər hüquqi yanaşma tələb edir.  Azərbaycanın sərhədlərinə hörmət olunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR