Özbəkistan səfiri: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməlidir”

#
# 18:28
2 oktyabr 2020

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir”.

APA-nın xəbərinə görə, bunu Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Əşrəfxanov “Region plus” jurnalına müsahibəsində deyib.

Səfirin sözlərinə görə, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki gərginlik Özbəkistanda dərin narahatlığa səbəb olub.

Diplomat qeyd edib ki, Özbəkistan MDB məkanında mübahisəli məsələlərin beynəlxalq hüququn normalarına uyğun olaraq sülh yolu ilə, qarşılıqlı etimad və mehriban qonşuluq şəraitində həllinin vacibliyini dəstəkləyir.

B. Əşrəfxanov beynəlxalq təşkilatlarda Özbəkistan və Azərbaycan arasında sıx əməkdaşlığın olduğunu vurğulayıb: “Biz müxtəlif məsələlər və problemlərlə bağlı birmənalı olaraq və qətiyyətlə bir-birimizi dəstəkləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR